Naxçıvan Muxtar Respublikasında (MR) minik avtomobili yanıb
“İki sahil” xəbər verir ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu Badaşkan kəndində "Toyota" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər