28 oktyabr 2024 00:14
189

Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda, həmçinin, Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazanıblar.

Qeyd edilir ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.