İtaliyalı futbolçu Mario Balotellinin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 34 yaşlı hücumçu İtaliyanın "Genoa" klubu ilə razılaşıb. O, 2025-ci ilin iyun ayına qədər müqavilə imzalayıb. Onun daha az maaşa razılaşdığı da bildirilir. M. Balotelli yeni klubuna azad agent statusunda keçib.
Qeyd edək ki, Mario Balotellinin son klubu "Adana Demirspor" olub.