24 oktyabr 2024 23:45
89

Xarab aparatın seçdiyi bileti alıb milyonçu oldu

ABŞ-da bir kişi aparat xarab olduğu üçün uduşlu lotereya bileti alıb.

“İki sahil” xəbər verir ki, İllinoys sakini ərzaq almaq üçün supermarketə gedib. Kişi alış-veriş etdikdən sonra aparatdan lotereya bileti də almaq istəyib. O, əvvəllər də tez-tez həmin aparatdan bilet alıb. Lakin aparat xarab olduğundan adətən iştirak etdiyi lotereya üçün bilet seçə bilməyib. Maşın Lotto biletinə ilişib. Amerikalı taleyə tabe olub və aparatın ilişdiyi bileti alıb.

Ertəsi gün nəsə qazanıb-udmadığını yoxlayanda isə şoka düşüb. Məlum olub ki, bilet ona 9,2 milyon dollar cekpot qazandırıb. "Həyat yoldaşıma baxdım, o, sadəcə olaraq gülürdü. Qırılan aparata görə necə qəzəbləndiyimi yada salıb gülürük və taleyə çox minnətdarıq ki, hər şey belə oldu", - deyə qalib oğlan bildirib.