19 oktyabr 2024 01:57
89

İranın Xarq adası yaxınlığında neft sızması

İranın əsas Xarq adası kompleksindəki boru kəməri dənizdən təxminən 4 mil uzaqlıqdakı mövqedə sızma ilə üzləşib.

“IRNA” boru kəmərinin sızmasının həftə sonu aşkar edildiyini və cavab tədbirlərinin görüldüyünü açıqlayıb. Agentlik bildirib ki, pilotsuz uçan aparatlar vasitəsilə daha iki ləkə aşkar edilib və hər biri aradan qaldırılır.

"Çirklənmənin yayılmasının qarşısını almaq və ərazinin tam təmizlənməsi üçün bütün tədbirlər görülür və ərazidəki vəziyyət davamlı olaraq nəzarətdə saxlanılır", - limanların regional baş direktoru Mohamed Şakibi Nasab bildirib.

Ərazidə İran neftinin ixracının böyük əksəriyyətini idarə edən terminalın infrastrukturundan və onun transfer əməliyyatlarından tez-tez sızmalar müşahidə olunur. Bir sosial media yazısında, enerji daşınması məsləhətçisi qeyd edib ki, bu sızmalar hətta köhnə peyk görüntülərində də müntəzəm olaraq kosmosdan görünür.

Nubar Süleymanova, “İki sahil”