18 oktyabr 2024 14:04
77

Bişkekdə TDT ölkələrinin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası keçirilib

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası və TDT-nin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclası keçirilib.

“İki sahil” bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev açılış nitqində 3 oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Gününün əhəmiyyətini qeyd edib və iştirakçı ölkələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalanmasının 15-ci ildönümü münasibətilə təbrik edib.

Nazir ikitərəfli əlaqələr çərçivəsində atılan mühüm addımları, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarovun bu yaxınlarda Azərbaycana baş tutmuş səfərini və 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının imzalandığnı diqqətə çatdırıb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana qarşıdan gələn səfərinin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verəcəyini qeyd edib.