18 oktyabr 2024 13:14
75

Azərbaycan növbəti illərdə də iqlim proseslərinin aktiv iştirakçısı olacaq- Nazir

Azərbaycan növbəti illərdə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) iqlim proseslərinin aktiv iştirakçısı olacaq.

“İki sahil” xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf" forumunda deyib.

Onun sözlərinə görə, bu səbəbdən, bu il Azərbaycandan liderlik gözləyirlər: "Ölkədən yaxşı nümunələr, eyni zamanda bank sektorundan da kreativ və maraqlı təkliflər gözləyirlər".

Nazir Azərbaycanın gələn il COP-un iqlim proseslərinə sədrlik edəcəyini vurğulayıb.