18 oktyabr 2024 09:21
77

Hacıqabulda 3 otaqlı ev yanıb

Hacıqabulda 3 otaqlı ev yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonunun Qubalı Balaoğlan kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.