18 oktyabr 2024 09:14
79

Türkiyədə ağır yol qəzası olub: 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub.

“İki sahil” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Aksaray-Ankara avtomobil yolunda qeydə alınıb. Belə ki, sərnişin avtobusunun aşması nəticəsində altı nəfər ölüb, 20 nəfər yaralanıb. Xəsarət alanların sayı hələ ki məlum deyil. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.