18 oktyabr 2024 09:06
82

İmişlidə şəkər çuğundurunun yığımı başlayıb

İmişli rayonunda şəkər çuğundurunun yığımı başlayıb.

“İki sahil” xəbər verir ki,  bu il rayonda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib. Bu günə qədər sahələrdən 800 ton məhsul əldə olunub. Orta məhsuldarlığın hər hektar üçün 45-50 ton olacağı gözlənilir. Məlumata görə, ötən il rayonda şəkər çuğundurunun əkini aparılmayıb.

Qeyd edək ki, bu il məhsulun alış qiyməti artıb. Ötən il 16 faiz şəkərlilik dərəcəsi ilə məhsulun tonu 81 manat idisə, bu il 85 manatdır. Artan hər faiz şəkərlilik dərəcəsinə görə əlavə 4 manat da ödəniləcək. Eyni zamanda, şəkər çuğunduruna dövlət tərəfindən də dəstək olaraq hər ton məhsula 18 manat subsidiya ödənilir.