Bakı şəhəri, Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Səxavət Məmmədzadə idarə etdiyi avtomobillə yolu keçən Məxmirə Rüstəmovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
“Ulduz”un qarşısındakı yolda asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq