Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.
"İki sahil" bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, oktyabrın 17-dən etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.
Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir. Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.
“Ulduz”un qarşısındakı yolda asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq