Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobili qəza edib, ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəli yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb".
“Ulduz”un qarşısındakı yolda asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq