Gəndob-Yalama yolunda “Hyundai” markalı mikroavtobus dərəyə aşıb.
“İki sahil” xəbər verir ki, qəza yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb, sürücü isə xəsarət almayıb. İlkin ehtimala görə, qəza sürücünün sərt döngədə idarəetməni itirməsi nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
“Ulduz”un qarşısındakı yolda asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq