Sabah saat 10:00-dan etibarən Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
“İki sahil” bu barədə “Azəriqaz”a istinadla xəbər verir.
Məlumata görə, qaz təchizatı rayonda yerləşən çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi səbəbi ilə dayandırılacaq. Bu müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Ulduz”un qarşısındakı yolda asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq