14 oktyabr 2024 23:16
302

Təqaüd proqramından 265 tələbə qız yararlanır

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbirdə iştirak etdim.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “X”dəki hesabında yazıb.

“Sevindirici haldır ki, iki il öncə icrasına başlanılmış “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”ndan ölkəmizin 58 rayonu üzrə 265 tələbə qız yararlanır. Azərbaycanın aparıcı universitetlərində ali təhsil alan gənc qızlarımızı təqaüd qazanmaları münasibətilə bir daha təbrik edir, layihəyə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürümü bildirirəm”, - nazir qeyd edib.