"Sumqayıt" baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib: “Neftçi” PFK ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə “Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. Samir Abasova klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq!"
Bu da o deməkdir ki, 46 yaşlı mütəxəssis "Neftçi"ni çalışdıracaq. O, 2020-ci ilin noyabrından 2021-ci ilin iyununa qədər də Bakı təmsilçisinə rəhbərlik etmişdi. Həmin vaxt "Neftçi" Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün çempionu olub.