11 oktyabr 2024 13:37
86

Elə bələdiyyələr var ki, büdcəsində milyonlarla pul var

Əvvəllər elə bələdiyyələr var idi büdcəsində 20 min manat yox idi, amma indi büdcəsində milyonlarla pul var. Bu bələdiyyələrlə bağlı aparılan təkmilləşmə işlərini nəticəsidir.

“İki sahil” xəbər verir ki, bunu deputat Tahir Rzayev parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyələrlə bağlı təkmilləşdirmə işləri davam edəcək.

“Əhali ilə bələdiyyələr arasında münasibətlər normallaşdırılmalıdır. Əhalinin bələdiyyələr haqqı düşüncəsi hələ də ondan ibarətdir ki, bələdiyyə torpaq satdı, onu etdi, bunu etdi. Ancaq bələdiyyələr minlərlə layihələr həyata keçirirlər. Burada təbliğat aparmaq lazımdır ki, əhalinin bələdiyyələrə münasibəti yaxşılaşsın. Bələdiyyələr heç olmasa gördüyü işi təbliğ etsin və insanlar da görün ki, bələdiyyələr hansı işləri görür”, - deyə o əlavə edib.