10 oktyabr 2024 10:37
326

Sultan Əl-Cabir: Nail olduğumuz şeylərdən geri çəkilmək haqqımız yoxdur

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) COP29 ərəfəsində Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayır.

“İki sahil” xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl Cabir Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışında deyib. Əl-Cabir qeyd edib ki, beynəlxalq ictimaiyyət ötən il Dubayda əldə edilmiş uğuru bu ilki COP29-da inkişaf etdirməlidir: "Gəlin yenidən birləşək, hərəkət edək və nəticələr qazanaq. Nail olduğumuz şeylərdən geri çəkilmək haqqımız yoxdur".