Universitetlərin 70 faizində süni intellekt tədris olunmağa başlayacaq.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “İNMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı deyib. “Dayanıqlılığı gündəlik innovasiyaya inteqrasiya edirik ki, bu da təəccüblü deyil. Biz artıq COP29-a ev sahibliyi edirik. Bakı şəhərinin rəqəmsal əkizi yaradılır. Altı milyondan çox unikal məlumat məntəqəsi artıq daxil edilib. Bu, unikal bir şeydir. Biz rəqəmsal texnologiyalar üzərində də çalışmağa davam edirik”, - deyə nazir qeyd edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq