09 oktyabr 2024 22:51
359

Badam - əsəblər üçün, fındıq – gənclik üçün...

Rusiyalı dietoloq Mixail Ginzburq "Rusiya 1" telekanalında “Ən vacibi haqqında" verilişində qoz-fındıq növlərinin faydalı xüsusiyyətləri haqqında danışıb. O qeyd edib ki, insanlar tez-tez bu gözəl qəlyanaltıya laqeyd yanaşırlar - amma boş yerə!

Qoz omeqa-3 və omeqa-6 turşularının uğurlu kombinasiyası sayəsində beyin fəaliyyətinə kömək edir.

Badam sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. 100 qram badamda bizi rahatlaşdıran və sakitləşdirən maqneziumun gündəlik tələbatının yarısı var.

Tokoferol (vitamin E) ilə zəngin olan fındıq gəncliyi qorumağa kömək edir. E vitamini gənclik və məhsuldarlıq vitaminidir.

Fıstıq xrom və manqanla zəngin olduğuna görə şəkər səviyyəsini idarə edir. Bu maddələr insulinə həssaslığı qorumaq üçün lazımdır.

Püstə göz sağlamlığı üçün faydalıdır. Lutein və zeaksantin retinanı ultrabənövşəyi şüalardan qoruyur və görmə itiliyini artırır.

Nubar Süleymanova, “İki sahil”