08 oktyabr 2024 17:23
117

Uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilsə...

Qərb ölkələri Ukrayna qoşunlarına Rusiya ərazisinə hücum üçün xaricdə istehsal olunan uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verərsə, Rusiya hakimiyyəti cavab tədbirləri görəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Birinci Kanalın efirində bildirib.

"Vladimir Putinin qeyd etdiyi sxem artıq fəaliyyətdə olacaq", - deyə, nazir bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko bildirib ki, Kiyevə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verilməsi münaqişənin mahiyyətini dəyişəcək.