08 oktyabr 2024 23:45
96

Rusiya Ukraynanın itkilərini açıqladı - 958-ci gün

Rusiya müharibənin 958-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 33 062 PUA-sı, 580 zenit-raket kompleksi, 18 555 tank və digər zirehli texnikası, 1 469 reaktiv yaylım atəş sistemi, 15 793 artilleriya və minaatanı, 27 052 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.