07 oktyabr 2024 19:15
97

Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.

"Görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq", - o vurğulayıb.