07 oktyabr 2024 18:34
111

Gənc qız binadan düşərək ölüb

Bakının Nəsimi rayonunda ölüm hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  bu gün saat 17:30 radələrində Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız ikimərtəbəli binadan yıxılıb.

O, hadisə yerində ölüb.

Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Hadisə yerinə gələn ailə üzvlərinin iddiasına görə, 32 yaşlı qadın pəncərə silərkən müvazinətini itirərək ehtiyatsızlıqdan yıxılıb.