04 oktyabr 2024 08:46
105

Zakir Həsənov “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.