03 oktyabr 2024 00:45
90

Üzüm nə qədər tünd olarsa...

İndi üzüm mövsümüdür. Məlumdur ki, bu giləmeyvə inanılmaz dərəcədə faydalıdır, çünki tərkibində polifenollar, antosiyaninlər, flavonoidlər və hətta melatnonin var. Üzümün gözəl xüsusiyyətləri "Rusiya 1" telekanalında "Ən vacibi haqqında" proqramında müzakirə edilib.

İlk növbədə, üzümdən danışarkən resveratroldan danışmağa dəyər. Bu, çox faydalı flavonoiddir. Məlum olub ki, bu maddə çoxlu sayda bioaktiv xüsusiyyətlərə malikdir.

Təcrübələr göstərib ki, resveratrol ömrü uzadır və xərçəngin inkişafının qarşısını alır. Üstəlik, üzüm nə qədər tünd olarsa, tərkibində bir o qədər çox resveratrol olur.

Üzüm yuxunu da yaxşılaşdırır. Tünd rəngli üzümlərdə çoxlu melatonin var. Bu maddə yuxuya nəzarət edir, hüceyrə mutasiyasının və artıq çəkinin qarşısını alan hormonal eyni funksiyanı daşıyır.

Nubar Süleymanova, “İki sahil”