02 oktyabr 2024 23:58
82

Yaddaşı gücləndirən qidalar

Son vaxtlar yaddaşından gileyli olan çoxdur. Amma bunu bəzi qidaları qəbul etməklə aradan qaldırmaq olar. Yaddaşınızın möhkəmliyi sağlam beyindən aşlıdır. Məhz buna görə də hə dəfə süfrəyə oturanda mütləq gərək qəbul etdiyin qidaya fikir versin. Nəyin yeməyini bilməklə yaddaşımız bərpa olunar.

Yeməyə başlayanda həmişə süfrəmizdə su olur. Bu, çox yaxşı əlamətdir. Bildiyimiz kimi, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa ən dəyərli qida vasitəsidir. Odur ki, lazımi miqdarda su içmək beynin normal fəaliyyətinə yaxşı kömək edir.

Yeməyində balığa üstünlük verənlərin yaddaşı möhkəm olur. Əsasən də qızılbalıq, sardina, siyənək kimi balıqları. Çünki bu növ balıqlarda Omeqa-3 yağ turşuları və B6 vitamini ilə olduqca zəngindir, bunlarda zehni qabiliyyətin inkişafına müsbət təsir göstərir. Dediyim balıqları istehlak etməklə yaşla bağlı idrak geriliyinin qarşısını almaq mümkündür. Eləcə də yumurtanın tərkibi biokimyəvi maddələrlə, aminturşuları ilə zəngin olduğu üçün, həmçinin yüksək protein tərkibli olması səbəbindən beyin hüceyrələrinin inkişafına yaxşı təsir edir, nəticədə yaddaş güclənir.

İnsan orqanizmin mineral maddələr və vitaminlərlə təminində meyvə-tərəvəzlər xüsusi əhəmiyyət daşıyır. Onların ilboyu gündəlik qidanın tərkibində olmağı yaddaşa faydası var. Qırmızı çuğundur, bənövşəyi rəngli badımcan, müxtəlif tərəvəzlər, alma yaddaş zəifliyinin qarşısını alır. Xüsusən almanın qabığı daha xeyirlidir. İspanağın tərkibindəki faydalı maddələr sayəsində sinir sistemi sakitləşir, qavrama, zehni qabiliyyət yaxşılaşır, bu da beyin hücrələrin aktivliyinə səbəb olur, eləcə də beyin damarlarını zədələməyə qoymur. Yer armudu da tərkibinin B6 vitamini, karbohidrat və digər maddələrlə zəngin olması baxımından beyinin funksiyasını yaxşılaşdırır, yaddaşın möhkəmliyini qoruyur.

Zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral maddələrə olan tələbatını ödəyən çərəzlər və toxumlar beyinin fəaliyyətini nizamlamaqla zehni qabiliyyətini artırır. Paxlalılar, taxıl kimilərdən olan paxla, soya, mərci, noxud, və digər bu tip qidaların müntəzəm istehlakı yaddaş zəifliyinin qarşısını almaq qabiliyyətinə malikdir. Bu da onların tərkibində müxtəlif qida maddələrlə bağlıdır.

Bitkilərdən adaçayı və rozmarin beyinin fəaliyyətinə müsbət təsir, yorğunluğunu aradan qaldırır. Adaçayın beyin hüceyrələrinin bərpasında regenerativ rol oynadığını deyənlər çoxdur. Hətta sübut olunub ki, evdə olan rozmarinin qoxusu insanın əhvalını yüksəldir, yorğunluğu aradan qaldırır, nəticədə yaddaşı da güclənir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü