30 sentyabr 2024 10:26
69

Binədə evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Binə qəsəbəsində evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə “İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Binə qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.