30 sentyabr 2024 12:38
79

Stüart Broklharst: Görünməmiş istiləşməyə görə bəşəriyyət cavabdehdir

Yer kürəsinin iqlimi tarix boyu dəyişib, lakin son on ildə biz orta temperaturun görünməmiş artımını müşahidə edirik.

“İki sahil” xəbər verir ki, bunu bizneslə qarşılıqlı fəaliyyət və innovasiyalar üzrə vitse-kansler, Ekseter Universitetində “Green Futures Solutions”ın direktoru Stüart Broklharst Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində deyib.

O qeyd edib ki, qalıq yanacağın yandırılması, meşələrin qırılması, təbii landşaftın dəyişdirilməsi kimi insan fəaliyyəti balanslaşdırılmış təbii karbon tsiklinin pozulmasına və nəticədə istixana effektinin artmasına səbəb olub.

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyi bəşəriyyətin qarşısında duran ən böyük çağırışdır. "Bu problemi həll etmək üçün məsuliyyət bizim nəslin üzərinə düşür", - direktor qeyd edib.