Türkiyə Superliqasında VII turun növbəti oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Antalyaspor"u vaxtilə İstanbul klubunda çıxış etmiş braziliyalı veteran futbolçu Aleks de Souza çalışdırır. Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Fənərbağça" 2-ci sıraya yüksəlib. "Antalyaspor" isə 8 xalla 13-cü pillədə qərarlaşıb.