29 sentyabr 2024 18:13
321

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında keçirilən yarışda Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, SOCAR və “Azərişıq” ASC-nin əməkdaşları kayak növündə mübarizə aparıblar. İştirakçılar kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda, kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda yarışıblar. Qaliblər diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.

Yarışın nəticələri aşağıdakı kimidir.

Kişilər (K-1)

Rüfət Əhmədov – FHN

Vüsal Cavadov – Ədliyyə Nazirliyi

Hüseyn Quliyev – GİN

Kişilər (K-2)

Etibar Əsədov-Elşad Kərimov – SOCAR

Vüsal Cavadov-Samir Kazımov – Ədliyyə Nazirliyi

Özcan Kərimov-Əli Hacıyev – FHN

Qadınlar (K-1)

Leyla Əliyeva – FHN

İlahə Çələbiyeva – GİN

Janna Məmmədova – Xəzər Dəniz Gəmiçiliyi

Qarışıq komanda (K-2)

Janna Məmmədova-Mixail Protasov – Xəzər Dəniz Gəmiçiliyi

Leyla Əliyeva- Rüfət Əhmədov – FHN

İlahə Hacıyeva-Etibar Əsədov – SOCAR