27 sentyabr 2024 01:58
72

Dünyanı yeni rakursdan göstərəcək maraqlı faktlar - FOTOLAR

Bizə yeni biliklər “hava kimi” lazımdır. Əlbəttə ki, dünyada o qədər heyrətamiz şeylər var ki, həmişə insanı heyrətləndirə biləcək yeni məlumatlar tapılır. Bu yazıdada yeni maraqlı faktları öyrənəcəksiniz.

Zəlilərin 32 beyni var

Zəlinin beş cüt gözü, 300 dişi və 32 beyni var. Daha dəqiq desək, zəlinin mərkəzi sinir sisteminə qarın qan sinusunda 32 düyün daxildir. Ən böyük qovşaqlar texniki olaraq “beyinlər”dir.

Viski müharibəsi bitib

2022-ci ildə Kanada və Danimarka, nəhayət, Hans adası ilə bağlı ərazi mübahisəsini həll etdilər. Ada Kanada ərazisi Nunavut və Danimarka Qrenlandiyası olaraq yarıya bölündü. Hans adası ilə bağlı ərazi mübahisəsi 70-ci illərin əvvəllərində, Kanada və Danimarka dəniz ərazilərinin və kontinental şelfin delimitasiyası ilə bağlı danışıqlara başlayanda yaranıb. Onlar razılığa gələ bilmirdilər. Bir neçə ayda bir dəfə hər iki ölkənin hərbi qoşunları adaya növbə ilə gəlirdilər və onlar bir neçə şüşə spirtli içki qoyub öz ölkələrinin bayrağını qaldırırdılar: danimarkalılar şnapps, kanadalılar isə viski qoyurdular. Bu qarşıdurma "Viski müharibəsi" ləqəbini almışdı.

Əkizlərin arasındakı ən böyük fərq

İrlandiyanın Vaterford şəhərindən olan əkizlər Emi və Keti 87 gün fərqlə doğulublar. Bu, əkizlər arasında ən uzun fasilə olub və Ginnesin Rekordlar Kitabına düşüb.

Vaxtından əvvəl doğulan körpələrin solaxay olma ehtimalı daha yüksəkdir

İnsanlar arasında təxminən 15% solaxaydır, yəni hər yeddinci adam solaxaydır.

Qurbağanın gözləri həzmdə mühüm rol oynayır

Qurbağa ağzındakı yeməyi həzm sistemi boyunca daha da xırdalamaq üçün gözlərindən istifadə edir. Buna görə də onlar bir yırtıcı ələ keçirərkən amfibiya dünyasının bu nümayəndələri gözlərini qırpmalıdırlar.

Şekspir minlərlə yeni söz icad edib

Uilyam Şekspir dilçilərin fikrincə, ingilis dilinə təxminən 1700 söz daxil edib. Onların bir çoxu bu günə qədər fəal şəkildə istifadə olunur. Bundan əlavə, Cesica adını da ilk dəfə o qoyub.

2,7 tonluq dil

Mavi balinanın dilinin çəkisi bir filin ağırlığına bərabərdir. Onun dilinin çəkisi orta hesabla 2,7 tondur.

Alpakalar tək qalmağa dözə bilmir

Yalnızlığı yaşayan bir alpaka daim bir kədər içində olur və bu, onun təkcə sağlamlığını deyil, həyatını da riskə atır. Hətta bəziləri buna görə ölürlər.

500-dən çox fobiya növü arasında ən çox yayılanı sosial fobiya və aqorafobiyadır

Sosial fobiya bir insanın bütün sosial qarşılıqlı əlaqələrdə güclü qorxu və narahatlıq yaşadığı narahatlıq növüdür. Aqorafobiya isə böyük bir meydanda və ya kimsəsiz bir küçədə müşayiətsiz gedərkən yaşanan şüursuz qorxudur.

Nubar Süleymanova, “İki sahil”