26 sentyabr 2024 18:27
112

Müdafiə Nazirliyi və Çinin dövlət şirkəti arasında əməkdaşlıq müzakirə edilib

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Çinin dövlət şirkəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb. Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.