26 sentyabr 2024 16:59
119

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri davam edir.

“İki sahil” xəbər verir ki,  Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgi çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.