25 sentyabr 2024 14:28
81

ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

XİN rəsmisi qeyd edib ki, 26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.