20 sentyabr 2024 11:04
69

Sumqayıt şəhərinə yeni avtobuslar gətirilib

Sumqayıt şəhərində ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.

“İki sahil” xəbər verir ki, ilkin mərhələdə Türkiyə istehsalı olan AKIA markalı 5 yeni avtobus şəhərə gətirilib. Bu avtobuslar yaxın günlərdə xəttə buraxılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Məlumatlara görə, yeni avtobuslar şəhərin əsas marşrutlarından biri olan 7 saylı marşrut xətti üzrə hərəkət edəcək. Növbəti günlərdə isə əlavə 5 avtobusun da Sumqayıta gətirilərək xəttə buraxılması gözlənilir.

Bu yenilik şəhər sakinlərinin daha rahat və təhlükəsiz şəkildə daşınmasını təmin edəcək.