20 sentyabr 2024 10:36
113

“Əsrin müqaviləsi” böyük Zəfər yolunun başlanğıcıdır

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Mədənçilər qəsəbə ərazi partiya təşkilatında yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqda 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin kontraktı”nın imzalanmasından, bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasından söhbət açılıb.

YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırovun da iştirak etdiyi yığıncaqda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Bakı-Tibilisi-Ceyhan boru kəməri layihəsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildiriblər.

Yekunda YAP sıralarına yeni qəbul olunan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.