19 sentyabr 2024 11:23
108

Azərbaycan biznesində dayanıqlılıq standartlarının tətbiqi məcburi olacaq

Azərbaycanda artıq bir sıra şirkətlər dayanıqlılıqla bağlı standartlar tətbiq edir.

“İki sahil” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Bakıda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda bildirib.

"Bu məsələni qanunvericilik çərçivəsinə salmaq lazımdır və bununla bağlı hazırda işləri gedir", - deyə o qeyd edib.