15 sentyabr 2024 18:20
188

MSK-nın iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 13 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsi məlumat yayıb.

Qeyd edilib ki, sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, media nümayəndələrinin, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların obyektiv, hərtərəfli və ərizəçilərin də iştirakı ilə tam şəffaf araşdırılması nəticəsində Milli Məclisə seçkilər keçirilən 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 17, 24 saylı Nizami birinci seçki dairəsinin 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.

İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.