15 sentyabr 2024 15:43
206

Almaniyada yaşayan azərbaycanlı həkimlər elmi müzakirələri davam etdirirlər

Almaniyada yaşayan Azərbaycanlı Həkimlərin Bonnda keçirilən III Forumu növbəti panel müzakirələri ilə davam edib.

Diapsorla İş üzrə Dövlət Komitəsindən “İki sahil”ə bildiriblər ki, “Elmi və klinik təcrübənin harmoniyası: birgə uğurun sirrləri” mövzusunda panel əsl elmi müzakirə platformasına çevrilib. Panelin moderatoru Essen Universitet Klinikasında neyrocərrahiyyə üzrə aparıcı mütəxəssis professor Ramazan Cabbarlı olub.

Müzakirələrdə Frankfurt Universitet klinikasında ginekologiya və doğum institutunun aparıcı mütəxəssisi Xəyal Qasımlı, Maqdeburq Universitet Klinikasında ümumi, visseral, damar və transplantalogiya cərrahiyyəsi üzrə mütəxəssis həkim Mirhəsən Rəhimli, EKK Weyertalda ginekologiya və doğum şöbəsinin aparıcı mütəxəssisi Elvin Piriyev, Münxen Universitet xəstəxanasının, ümumi, abdominal və transplantoloji cərrahiyyə həkimi Uğur Ağamaliyev, Sangerhauzendə nevrologiya şöbəsinin həkimi Qumaş Babayeva, Bayreuth Klinikasında daxili xəstəliklər və kardiologiya şöbəsinin həkimi Fidan Malikova məruzə ilə çıxış edib, təcrübələrini bölüşüblər.

Müxtəlif mövzulara toxunan azərbaycanlı həkimlər həm də yeni təkliflər irəli sürüb, həmkarlarının Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə diqqət çəkiblər.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci il mayın 5-də Kölndə, II Forumu isə 2023-cü il noyabrın 18-də Berlində təşkil edilib.