13 sentyabr 2024 23:16
269

ABŞ-ın Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsi ilə bağlı siyasəti dəyişməyib

“ABŞ Rusiyanın NATO-nun Rusiya-Ukrayna müharibəsinə cəlb olunması ilə bağlı açıqlamasını ciddi qəbul edir”.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə müşaviri Con Kirbi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ bu istiqamətdə fəaliyyətləri davamlı şəkildə izləyir.

C.Kirbi, həmçinin bildirib ki, ABŞ-ın Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə etməsi ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur.