11 sentyabr 2024 17:03
225

MSK 12 müraciəti araşdırır

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) 12 şikayət araşdırılır.

“İki sahil” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu gün saat 18:00-da MSK-ya müraciətlərin daxil olması müddəti başa çatır.

"Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk".