Belarus Prezidenti Aleksandr Lukaşenko öz fərmanı ilə daxili işlər orqanlarında xidmət haqqında əsasnaməyə dəyişiklik və əlavələr edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə xarici vətəndaşlığı olan belaruslar daxili işlər orqanlarında işləyə bilməyəcəklər.
“Xüsusilə vətəndaşın daxili işlər orqanlarına xidmətə qəbulundan imtina edilməsi və bu xidmətə xitam verilməsi üçün yeni əsaslar tətbiq ediləcək ki, bu əsaslardan da biri xarici dövlətin vətəndaşlığının alınmasıdır”, - deyə məlumatda bildirilir.
Xidmətdə olmanın yaş həddinin 45-dən 48-ə dəyişdirilməsi ilə əlaqədar işə qəbul üçün yaş həddi də 25-dən 28-ə qaldırılır. (APA)