29 avqust 2024 14:02
374

Engin Altan Düzyatan Bakıya gəlir

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gələcək.

“İki sahil” xəbər verir ki, bu haqda "Sputnik Türkiyə" məlumat yayıb. Bildirilib ki, sənətçi Azərbaycanın paytaxtında 11-22 noyabrda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.

Aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.

Xatırladaq ki, Engin Altan Düzyatan 2023-cü ildə Dubayda keçirilən COP28-də də iştirak edib.