26 avqust 2024 23:12
339

Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir

Azərbaycan türk dünyasının aparıcı ölkələrindən biridir. Ancaq təkcə türk dünyasının deyil, həm də yerləşdiyi coğrafi məkanın – Cənubi Qafqazın aparıcı ölkəsidir. Ölkəmiz beynəlxalq arenada da əsas söz sahiblərindən biri olmağa çox iddialıdır. Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi qüdrəti, hərbi nailiyyətləri və digər imkanları hesabına regionda və dünyada mühüm addımlar atılır. Azərbaycan dövlətinin düşünülmüş və hərtərəfli siyasəti sayəsində ölkəmiz misligörünməyən müvəffəqiyyətlərə müvəffəq olur. Bu cəhətdən 2024-cü il avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan – Özbəkistan sənədlərinin əhəmiyyəti olduqca böyükdür.

 Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan mühüm sənədlərdən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dir. Bu tarixi sənəd əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün sürətlə inkişaf edən Azərbaycan – Özbəkistan əlaqələrinin əyani göstəricisidir.

İki ölkə arasında imzalanan digər bir vacib sənəd isə də Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənəddir. Bu sənəd şəhərlərimizin bir çox sahələr üzrə inkişafına böyük töhfələr verə bilər. Daşkəndə imzalan bütün sənədlər Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən zəruri sənədlərdir. Azərbaycanın işğaldan azad edilən ərazilərində genişmiqyaslı tikinti – quruculuq işləri gedir. Özbəkistan bu işlərə -  “Böyük Qayıdış”a, doğma Qarabağın dirçəlişinə böyük töhfələr vermək niyyətində olan dost və qardaş ölkələrdən biridir. Bu cəhətdən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanan sənədlər, ölkə başçılarının qarşılıqlı səfərləri və digər tədbirlər xüsusi önəm daşıyır.

İki ölkə arasında qurulan möhkəm əlaqələr Cənubi Qafqazla Mərkəzi Asiya arasında ucaldılan böyük bir əməkdaşlıq və tərəfdaşlıq körpüsüdür. Bu körpü türk dünyasının birlik və qüdrətinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ösbəkistan Respublikasına dövlət səfəri Azərbaycan – Özbəkistan münasibətlərinin yeni və vacib bir mərhələdə inkişafına ciddi təkan verəcəkdir. Bunu avqustun 23-də Daşkəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyevin mətbuata bəyanatlarla çıxışlarında da aydın şəkildə sezmək mümkündür.

Azərbaycan və Özbəkistan arasındakı əlaqələr tarixi əlaqələrdir, eyni mənbədən, eyni kökdən gələn əlaqələrdir, ortaq əlaqələrdir. Bu əlaqələrin hərtərəfli inkişafı hər iki dövlətin xarici siyasətində əsas yer tutan vacib amillərdən biridir. Və artıq düşünülmüş müdrik siyasət nəticəsində münasibətlərimiz tamamilə yeni mərhələdə inkişaf edir. Bütün bu uğurların əsasında isə Azərbaycan və Özbəkistan xalqlarının, qardaş ölkələrin, böyük müttəfiqlərin əbədi səadəti dayanır.

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü