22 avqust 2024 15:37
308

Abadlaşan Laçında həyat qaynayır  

2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!».

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağ və  Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomatlar, siyasətçilər, jurnalistlər  erməni vandalizmini acı nəticələrini görməklə bərabər, eyni zamanda, azərbaycanlıların işğaldan azad edilən torpaqlarda tikinti -quruculuğunu əyani şəkildə görürlər. Belə qısa müddətdə abadlaşan rayonlarımızı görənlər hətta  heyranlıqlarını gizlədə bilmirlər. rÇox xoş mənzərədir ki, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidən qurulur, xarabalıqlar Gülüstana çevrilir.

Azərbaycan Prezidenti İham Əliyevin müdrik siyasətinin və diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü Ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün yüksək səviyyəli hüquqi bazasını yaratdı.  Bununla da ölkəmizi Ermənistanın tarixi müttəfiqləri tərəfindən göstərilən təzyiqlərdən qorudu. Nəticədə  müharibənin gedişində hərbi və diplomatik Qələbəyə nail ola bildik. Heç kimin bizi yolumuzdan döndərə, iradəmizə təsir etməyə cəsarəti çatmadı.

Bir sözlə, güclü Azərbaycan dövləti və yenilməz Ordumuz bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı. Xüsusilə ölkəmizin dünyada nüfuzu və beynəlxalq əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini ləyaqətlə yerinə yetirən,  ölkəmizin şərəf və ləyaqətini ayaqlar üstünə qaldıran, nüfuzumuzu yüksəldən,  bir sözlə, dövlət və millət kimi başımızı ucaldan Prezident İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu müqəddəs və tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini yazır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, Bir sözlə, doğma Laçınımızda firavan  həyat  yenidən başlayır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri