22 avqust 2024 03:16
321

Xüsusi xarakter daşıyan dövlət səfəri

19 avqust 2024-cü il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdir. Ölkəmizin Başçısı əvvəlcə qonaqları salamladı, Rusiya Federasiyasının Prezidentinin Azərbaycandakı səfərinin xüsusi xarakter daşıdığını bildirdi. Bu səfərin dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini qeyd etdi. Qəbul olunan sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirildiyini söylədi. Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdiklərini, iqtisadi-ticari münasibətlərlə bağlı məsələlərin detallı şəkildə təhlil edildiyini bildirdi.

Humanitar əməkdaşlıq sahəsinə həmişə diqqət yetirilir. Sonra qeyd olundu ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb , onlarda təhsil alan 160 min şagird vardır. 800 min şagird də ikinci xarici dil kimi rus dilini öyrənir. Azərbaycanın 26 ali təhsil  müəssisələrində 15 mindən artıq tələbənin təhsil alır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında  bildirdi: “Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik.”

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri