Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.
"İki sahil" Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.
Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.
Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.