27 iyul 2024 15:32
322

İndiyədək 2794 nəfər növbədənkənar seçkiləri müşahidə etmək üçün akkreditasiyadan keçib

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə indiyədək 2794 nəfər akkreditasiyadan keçib.

“İki sahil” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 27-də keçirilən iclasında söyləyib.

O bildirib ki, müşahidəçilərdən 2562 nəfəri Mərkəzi Seçki Komissiyasında qeydiyyat keçiblər. Onların 126-sı Yeni Azərbaycan Partiyasının, 569-u QHT-lərin xətti, 1867 nəfəri isə öz təşəbbüsü ilə müraciət edib.